Bu yaxınlarda açıqlanan rəsmi məlumatlara görə, ötən il 46 900-dən çox Ermənistan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib.
Bizim.Media news.am-a istinadən xəbər verir ki, bu, son illərin rekord göstəricisidir.
Nəşrin məlumatına görə, ümumilikdə 2017-2021-ci illərdə Ermənistanın demək olar ki, 153,8 min vətəndaşı Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə münasibətdə bu, təxminən 5,2% təşkil edir.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda 200-ə yaxın biznes qurumu bağlandı - 10-15 min gənc mütəxəssis ölkəni tərk etdi
Nəşr mühacirətin əsas səbəblərini kütləvi işsizlik və ya minimum yaşayış səviyyəsini belə təmin etməyən aşağı gəlir, eləcə də nəzərəçarpacaq inflyasiya (ötən il 7,2%) və xüsusilə kənd təsərrüfatında ikirəqəmli inflyasiya (11,2%) ilə əlaqələndirir.
Üstəlik, 44 günlük müharibənin ağır nəticələri və ondan sonra ölkədə yaranan gərgin vəziyyət də buna əlavə edilib.
Ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən çoxlarının Ermənistanı tərk etdiyi də bildirilir.
Qeyd olunur ki, Ermənistan vətəndaşlarının mühacirət coğrafiyası Rusiya ilə məhdudlaşmır. Sadəcə olaraq, indi orada yaşamaq və işləmək üçün qanuni hüquq əldə etmək Qərb ölkələrindən qat-qat asandır.
Bizim.Media