“Hazırda Qarabağın 35%-də televiziya yayımı var. Bu ilin sonuna qədər göstərici 100%-ə çatdırılacaq”.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.
MÖVZU İLƏ BAĞLI:
Sabahdan Azərbaycanın televiziya kanalları yeni yayım formatına keçir
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin 72%-də 2G, 40%-də 3G, 50%-də isə 4G şəbəkəsi var.
“Qarabağda genişzolaqlı internet şəbəkəsi yaratmaq üçün 1 400 km-lik fiberoptik kabelin çəkilməsinə start verilib. Biz artıq televiziyalarda rəqəmsal yayıma keçmişik. Radiolarda isə 2026-cı ilə qədər tam rəqəmsallaşmaya nail olmağı düşünürük”, - deyə nazir müavini əlavə edib.
Bizim.Media