Dövlətə xəyanətdə və hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə şübhəli bilinən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri Kərim Məsimov və onun müavini Anuar Sadıkulov nəzarətə götürülüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi MTK-ya istinadən yayıb.
Yanvarın 8-də MTK keçmiş komitə sədri Məsimovu vətənə xəyanətdə şübhəli bilinərək həbs etdiyini elan edib. Yanvarın 13-də isə hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş hərəkətlər faktları üzrə iş üzrə istintaqın başlandığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstan parlamentinin yuxarı palatasından Nazarbayevlə bağlı QƏRAR
Məsimovla yanaşı, MTK sədrinin keçmiş müavinləri də saxlanılıb: “A” xüsusi təyinatlı xidmətinin rəisi Anuar Sadıkulov və Daulet Yerqojin.
"Məsimov K.K. və Sadıkulov A.T. barəsində həbs-qətimkan tədbiri seçilib. Yerqojin D.E. barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır". Komitə agentliyin sorğusuna belə cavab verib.
Bizim.Media