Niderlandın Veyk-an-Zeye şəhərindəki şahmat üzrə "Tata Steel Chess" turniri davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib.
37 yaşlı qrossmeyster 10-cu turda ABŞ-dan olan Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran Məmmədyarov 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 8 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:31 / 26.01.2022
Şəhriyar Məmmədyarov heç-heçə etdi - "Tata Steel Chess" turniri
Hazırda oxunan: Şəhriyar Məmmədyarov heç-heçə etdi - "Tata Steel Chess" turniri
Hazırda oxunan: Şəhriyar Məmmədyarov heç-heçə etdi - "Tata Steel Chess" turniri
57312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.