Ölü kimi qeydiyyata alınan sağ pensiyaçı ilə bağlı AÇIQLAMA: "Pul ödənilir..." - VİDEO

Hazırda oxunan: Ölü kimi qeydiyyata alınan sağ pensiyaçı ilə bağlı AÇIQLAMA: "Pul ödənilir..." - VİDEO

57289

Dövlət Sosial Müdafiə Fondu açıqlama Ağcəbədi rayonu, Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva sağ olduğu halda ölmüş kimi qeydiyyata alınması ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, Fondun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili sosial media hesabında hazırda həmin vətəndaşa pensiya ödənişinin davam etdirildiyini yazıb.

“Pensiya ödənişi prosesi elektron sistemlər üzərindən avtomatlaşdırılmış qaydada, aidiyyəti qurumların informasiya bazalarına inteqrasiya şəraitində həmin bazalardakı məlumatlara istinad edilməklə həyata keçirilir.

Aidiyyəti orqanın informasiya bazasında vətəndaşa məxsus FİN nömrəsi altında başqa şəxsin vəfat etdiyi rəsmiləşdirildiyindən pensiya üzrə e-sistemdə də bu ödəniş avtomatik dayandırılıb. Onun müraciəti araşdırıldıqdan sonra ödəniş bərpa edilib.

Növbəti ödəniş günü – yanvarın 28-də vətəndaşın almadığı pensiya da daxil olmaqla tam ödənişi həyata keçiriləcək”, - deyə R.Mehdili əlavə edib.

Qeyd edək ki, 1955-ci ildə anadan olan H.Əliyeva, artıq 4 aydır pensiyasının dayandırıldığını bildirib. Səbəb isə sistemdə ölü kimi qeydiyyatda olmasıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin