Moskva Tokionun İkinci Dünya Müharibəsi zamanı Yaponiyada işləmiş bakılı sovet kəşfiyyatçısı Rixard Zorgenin qalıqlarının yenidən dəfn edilməsi məsələsini həll etməyə çalışır.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu çərşənbə günü Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasının plenar iclasında hökumət saatında çıxışı zamanı deyib.
Eyni zamanda o, əlavə edib ki, Rusiyada Zorgenin yenidən dəfn edilməsi təşəbbüsü var:
"Biz yapon qonşularımızdan Rixard Zorgenin dəfni məsələsinin yekun, müsbət həllini axtarırıq. O, Saxalin vilayətinin və yaxud Kuril silsiləsinin cənubunda, öz ərazimizdə yenidən dəfn edilə bilər".
Lavrovun sözlərinə görə, Zorgenin məzarı bir vaxtlar təhlükə altında olub, lakin onun xilas edilməsində Rusiya səfirliyi fəal iştirak edib.
Xatırladaq ki, Rixard Zorge 1895-ci ilin 4 oktyabr tarixində Bakı şəhərinin Sabunçu qəsəbəsində alman Vilhelm Zorgenin ailəsində anadan olub. Doqquz övladın sonuncusu olan Rixard Zorgenin atası Bakıya neft mədənlərində mühəndis işləməyə gəlmiş əcnəbilərdən idi.
Qafqaz Neft Şirkətində çalışan Vilhelm Zorge rus əsilli Nina Semyonovna ilə evli idi. Ailə bir necə il Azərbaycanın mərkəzi şəhəri olan Bakıda qaldıqdan sonra yenidən Berlin şəhərinə köçür.
Rixard Zorgenin xatirəsinin əziz tutulduğu ölkələrdən biri də Azərbaycandır. Xəfiyyənin Bakı şəhərində anadan olması və sonrakı illərdə özü tərəfindən yazılan xatirələrində Azərbaycanı xatırlaması faktı da sözügedən münasibətlərin köklərindən xəbər verir. Uşaq yaşlarından atasının işi səbəbindən Bakıdan Berlinə köçən Zorge bir daha buranı ziyarət edə bilməmişdir.
Zorge xatirələrində Azərbaycan barədə deyir:
“Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm”.
XX əsrin ən güclü xəfiyyələrindən biri olan Zorgenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində istər Azərbaycan SSR dönəmində istərsə də Azərbaycan Respublikası dönəmində bir sıra addımlar atılıb.
1981-ci ildə Bakıda heykəltəraş V. Siqal və arxitektor Mikayıl Useynov tərəfindən Rixard Zorgenin xatirə memarlıq kompleksi inşa edilir. Kompleksə daxil olan heykəl mərkəzdə yerləşir. Bundan əlavə Bakının Nəsimi rayonu ərazisində xəfiyyənin adını daşıyan küçə də mövcuddur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:22 / 26.01.2022
Əfsanəvi bakılı kəşfiyyatçının qalıqları Yaponiyadan gətirilə bilər – Lavrov
Hazırda oxunan: Əfsanəvi bakılı kəşfiyyatçının qalıqları Yaponiyadan gətirilə bilər – Lavrov
Hazırda oxunan: Əfsanəvi bakılı kəşfiyyatçının qalıqları Yaponiyadan gətirilə bilər – Lavrov
57262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.