Azərbaycanlı "müxalif jurnalist" Britaniyada cinsi təcavüz ittihamı ilə məhkum edildi

Hazırda oxunan: Azərbaycanlı "müxalif jurnalist" Britaniyada cinsi təcavüz ittihamı ilə məhkum edildi

57253

Azərbaycanlı "müxalifətçi jurnalist" Ceyhun Zeynalov Böyük Britaniyada cinsi təcavüz ittihamı ilə mühakimə olunub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “dailymail.co.uk” nəşrində yerləşdirilib.

Mənbə qeyd edir ki, 34 yaşlı Zeynalov siyasi sığınacaq almaq üçün Dumanlı Albiona gəlib. İngiltərədə o, özünü müxalif jurnalist kimi təqdim edib və guya Azərbaycanı tərk etməyə məcbur olub.

Hadisə Stok-on-Trentdə baş verib. Britaniya nəşri yazır ki, “Zeynalov şirniyyat üçün mağazaya gedərkən psixi xəstəlikdən əziyyət çəkən qadınla rastlaşıb”.

Onunla danışmaq qərarına gəlib və içki içməyə dəvət edib. Qadın imtina edib. Bununla belə, Zeynalov sakitləşməyib. O, bir şüşə araq alıb və qadın mağazadan çıxandan sonra yenidən onun arxasınca düşüb.

Prokuror Ben Lourens bildirib ki, kişi onu sürüyərək Müqəddəs Mark kilsəsinin ərazisinə gətirib. “O, qorxub və oğlanın göstərdiyi yerə gedib. Ona toxunmağa başlayıb, qadın isə imtina edib. Lakin bu zaman o, qadının koftasını çıxarıb ... öpmək istəyəndə isə qadın qaçıb”.

Zeynalov qadının cins şalvarını açmaq istəsə də, qadın oradan ayrılaraq ərazidən uzaqlaşa bilib. Evdə zərərçəkən anasına hər şeyi danışıb. O, polisə müraciət edib və tezliklə Zeynalov həbs edilib.
Qadın hadisədən sonra bunları deyib: “Mən müntəzəm olaraq mağazaya piyada gedirdim. Bu hadisədən sonra ora qorxumdan gedə bilmirəm. İndi küçədə tanımadığım kişilərin olması məni narahat edir. Baş verənlərdən sonra anam məndən çox narahatdır”.

Ceyhun Zeynalovun üç uşaq atası olduğu bildirilir. Sığınacaq istəyən şəxs kimi o, həftədə 198 funt sterlinq alır. Zeynalov 13 ildir evli olsa da, hazırda ayrı yaşayır. Əvvəlcə o, hər şeyin qarşılıqlı razılaşma əsasında baş verdiyini bildirərək təqsirini boynuna almayıb, lakin sonra hər şeyi etiraf edib.

Hakim Zeynalovu 18 ay şərti cəza və 30 sutka islah olunmaqla on ay müddətinə azadlıqdan məhrum edib.

O, həmçinin alkoqol asılılığından 6 ay müalicə almalı və 120 saatını ödənişsiz işlərdə keçirməli olacaq. Bundan başqa, Zeynalov 10 il müddətinə seksual xarakterli cinayətlər törədən şəxslərin siyahısına salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin