Səhiyyə Nazirliyi və TƏBİB-dən vətəndaşlara MÜRACİƏT 

Hazırda oxunan: Səhiyyə Nazirliyi və TƏBİB-dən vətəndaşlara MÜRACİƏT 

57248

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib.

Bizim.Media xəbər verir ki, üç qurumun birgə məlumatında deyilir:

"Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, koronavirusun yeni ştamına yoluxanların sayında artım müşahidə olunur.

“Omikron” ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.

Özünüzdə koronavirusun əlamətlərini hiss edirsinizsə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminizə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edin.
Ailə həkiminiz sizin sağlamlıq vəziyyətinizi dəyərləndirdikdən sonra ehtiyac olarsa COVID-19 (PZR) testinin götürülməsi üçün yaşadığınız ünvana tibb işçisini yönləndirir.

COVID-19-a yoluxduğunuz təsdiqləndiyi halda, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirirsinizsə xəstəliyin ailənizə və ya ətrafdakılara yoluxmaması üçün evdə müalicə və təcrid olunma qaydalarına riayət etməyiniz tövsiyə olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarına əsasən SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 14 gündən 7 günə azaldılıb.

COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra “İmmunitet sertifikatı” əldə edə bilərlər.
Sertifikatın qüvvədə olma müddəti 6 aydır. Bu müddət bitəndən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda sertifikatın qüvvədə olması müddətsiz olaraq uzadılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin