Uzun müddətən sonra ilk dəfə Ermənistanın baş naziri Paşinyan xalq arasına çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə ermənistan mətbuatı xəbər yayıb.
Bildirilib ki, Paşinyan elan edilmiş üç günlük matəm çərçivəsində Respublika Meydanından Yerablur hərbi panteonuna qədər yürüş edəcək.
''Paşinyanı bir çox mühafizəçi müşayiət edir. Onlar da əsasən ailə üzvləridir. Zaman-zaman camaat arasından “Nikol, biz sizinləyik” və “Təqaüdə nə vaxt çıxırsan?”şüarları eşidilir. Eyni zamanda, müxalifət nümayəndələri isə Yerablurda toplaşaraq “xain Paşinyanın ora girməsinə” icazə verməyəcəklərini bildiriblər'',- deyə qeyd edilir.
Xatırladaq ki, daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan xalqı bu yürüşdən imtina etməyə çağırmışdı.
O, Paşinyanın Azərbaycanla sərhəd müqaviləsi imzalayacağını və Türkiyə ilə diplomatik əlaqələr quracağını bildirmişdi.
Bizim.Media