Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4 milyard dolları ötdü

Hazırda oxunan: Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4 milyard dolları ötdü

57203

“Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4,2 milyard dollardan çoxdur”.

Bizim.Media-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"2021-ci ilin 11 ayı ərzində Azərbaycanla Rusiyanın ticari-iqtisadi fəaliyyətinin yekunları 2,9 milyard dollar təşkil edib. Dekabr ayını nəzər alsaq, bu göstərici 3 milyard dollara çata bilər", - deyə səfir bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə iki ölkə prezidenti dörd dəfə əyani formatda görüşüb.

"Ötən ilin mayında Azərbaycanın baş naziri Əli Əsədovun Rusiyaya səfəri baş tutub, səfər zamanı 2024-cü ilədək fəaliyyət planı hazırlanıb. Milli Məclisin sədri Sahibə Qafarova da Rusiyaya bir neçə dəfə səfər edib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edib və Prezident İlham Əliyevlə, baş nazirin müavini Şahin Mustafayevlə görüşüb", - M.Boçarnikov deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin