Rusiya Belarusa Su-35 qırıcılarını göndərir – SƏBƏB Ukrayna ətrafındakı vəziyyətdir?

Hazırda oxunan: Rusiya Belarusa Su-35 qırıcılarını göndərir – SƏBƏB Ukrayna ətrafındakı vəziyyətdir?

57164

Rusiya İttifaq dövlətinin (Rusiya-Belarus) tez reaksiya verən qüvvələrinin sınağı çərçivəsində müasir Su-35S qırıcılarını Belarusdakı aerodromlara yerləşdirəcək.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“İttifaq Dövlətinin tez reaksiya verən qüvvələrinin yoxlanılmasında iştirak edən Şərq Hərbi Dairəsinin Su-35S çoxməqsədli qırıcılarının ekipajları Belarus aerodromlarına köçürülür. Ekipajlar Mərkəzi və Qərb hərbi dairələrinin aerodromlarına aralıq enişləri edirlər.

Belarusa gəldikdən sonra qırıcılar İttifaq Dövlətinin vahid hava hücumundan müdafiə sisteminin fəaliyyətinin sınağı çərçivəsində döyüş vəzifəsini yerinə yetirəcəklər.

Su-35S-nin uçuş marşrutları minimum aralıq enişlə, həmçinin bütün marşrut boyu hava şəraiti nəzərə alınmaqla tərtib edilib.
İttifaq dövlətinin tez reaksiya verən qüvvələrinin sınağı iki mərhələdə baş tutacaq. Onlar birinci mərhələdə fevralın 9-dək Belarus ərazisində qoşunlar qrupu yaradacaq, həmçinin mühüm dövlət və hərbi obyektlərin, hava sərhədinin mühafizəsini və müdafiəsini təşkil edəcək, sərhəd xəttini yoxlayacaq. 

İkinci mərhələdə, fevralın 10-dan fevralın 20-dək birgə təlimlər keçirəcək. Bu çərçivədə xarici təcavüzün qarşısının alınması və dəf edilməsi, habelə terrorizmlə mübarizə və İttifaq dövlətlərinin maraqlarının müdafiəsi məsələləri işlənəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin