Rusiyada Tıva Respublikası ərazisində Daxili İşlər Nazirliyinin “Şivilik” stasionar postunun əməkdaşları “Honda Stream” markalı avtomobili saxlayıblar.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Tuva-Online nəşri Tuva Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
Belə ki, avtomobildə sərnişin qismində Krasnoyarsk şəhərində yaşayan 1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı olub.
Məlumat bazalarını yoxlayan polis xarici vətəndaşın Rusiya Federasiyasının ərazisində qanunsuz qaldığını müəyyən edib. Bəlli olub ki, onun miqrasiya kartının müddəti ötən ilin dekabrında bitib.
Azərbaycan vətəndaşı Rusiya Federasiyasından deportasiya edilməklə iki min rubldan beş min rubla qədər cərimə ilə hədələnir.
Bizim.Media