Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirildi

Hazırda oxunan: Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirildi

57138

Yanvarın 25-də Bakıda Azərbaycan və Finlandiya Xarici İşlər Nazirlikləri növbəti siyasi məsləhətləşmələr keçiriblər.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya veriilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Finlandiya tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livala rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı 24 mart 2022-ci il tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və bu müddət ərzində əldə edilmiş nailiyyətlər məmnunluqla xatırlanıb.

Görüşdə ikitərəfli münasibətlərin bütün istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, eləcə də iqtisadi, təhsil, humanitar və informasiya texnologiyaları sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Xələf Xələfov qarşı tərəfə 44 günlük Vətən Müharibəsi, bu xüsusda imzalanmış üçtərəfli bəyanatlar, bölgədəki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə törədilmiş dağıntılar, həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Marya Livala Azərbaycana səfəri çərçivəsində keçirdiyi maraqlı və məhsuldar görüşlərdən məmnunluğunu bildirib.

Finlandiyanın Azərbaycanla iqtisadi, humanitar, sosial və təhsil və digər sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirməkdə, habelə Avropa İttifaqı çərçivəsində birgə layihələrin icra edilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan və Finlandiya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Finlandiyanın 2025-ci ildə ATƏT-ə Sədrliyi ilə bağlı prioritetləri, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin