"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gömrük xidmətinin təşkili üçün 3 gömrük postu yaradılaraq istifadəyə verilib".
Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, bunlar Qubadlı rayonu ərazisindəki “Qubadlı”, Zəngilan rayonu ərazisindəki “Qazançı” və Füzuli rayonu ərazisində isə “Füzuli Beynəlxalq Hava Limanı” gömrük postlarıdır.
Bizim.Media
İşğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün Qubadlı rayonu ərazisində “Qubadlı”, Zəngilan rayonu ərazisində “Qazançı” və Füzuli rayonu ərazisində isə “Füzuli beynəlxalq hava limanı” gömrük postları yaradılaraq istifadəyə verilib.#AzərbaycanGömrüyü30
— Safar Mehdiyev (@SafarMehdiyev_) January 25, 2022