Azərbaycan dilinin orfoqrafiya lüğətinin yenidən tərtibatı ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Bizim.Media xəbər evrir ki, bu barədə informasiyanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu yayıb.
MÖVZU İLƏ BAĞLI:
Qalmaqal yaradan Orfoqrafiya lüğətinin elektron variantı niyə YOXDUR? – İnstitutdan AYDINLIQ gətirildi
Mənbə qeyd edib ki, lüğət müasir informasiya texnologiyalarının imkanlardan istifadə edilməklə hazırlanacaq.
"Təbii ki, lüğət hazırlamaq elə də asan məsələ deyil. Biz tam sanballı və qüsursuz lüğətin ərsəyə gəlməsinə nail olacağıq", - institutdan qeyd olunub.
Xatırladaq ki, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub.
Bizim.Media