Vətəndaşların müvəqqəti qeydiyyatı niyə ləğv edilib? – SƏBƏB

Hazırda oxunan: Vətəndaşların müvəqqəti qeydiyyatı niyə ləğv edilib? – SƏBƏB

57012

Ölkə ərazisində yaşayan vətəndaşların polis orqanlarında müvəqqəti qeydiyyatının ləğv edilməsinin səbəbləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Facebook" hesabında etdiyi paylaşımda vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsədin mövcud pərakəndəliyi aradan qaldırmaq olduğunu bildirib.

"Hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə-boşanma və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis orqanlarına sorğular daxil olanda bəzi neqativ hallar müşahidə olunurdu. Bununla bağlı müvəqqəti qeydiyyatda olan şəxsləri lazım olanda tapmaq çətinliyi yaranırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda müvəqqəti qeydiyyat ləğv olundu - RƏSMİ


Hazırda görülən tədbirlərin məqsədi bu cür neqativ halların qarşısının alınması, bu istiqamətdə nizam-intizamın yaradılmasıdır.

Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər", - deyə E. Hacıyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin