Zəngəzur dəhlizindən keçən dəmir yolu xəttindən YENİ XƏBƏR – Qatar bu stansiyaya qədər gedir – FOTO-VİDEO

Hazırda oxunan: Zəngəzur dəhlizindən keçən dəmir yolu xəttindən YENİ XƏBƏR – Qatar bu stansiyaya qədər gedir – FOTO-VİDEO

57000

Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70%-i tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupundan verilən məlumata görə,İşğaldan azad edilən Cəbrayıl rayonunun Mahmudlu stansiyasına qədər 23 km-lik məsafədə relslər qoyulub və yolun sazlanması işlərinə başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizi Britaniya üçün niyə önəmlidir? – ŞƏRH 


2021-ci ilin fevral ayında dövlət başçısının təməlini qoydğu Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir.

Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.

Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

Birinci mərhələ üzrə artıq torpaq işlərinin 90 faizi yerinə yetirilib, həmçinin 40 suötürücü boru, 9 körpü, 2 heyvan keçidi, 52 ehtiyat keçidi tam tikilib. Yolun 23 km-lik hissəsində üst quruluşu elementləri quraşdırılıb.

Bununla da Füzulinin Horadiz stansiyasından Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarların hərəkəti üçün zəruri şərait yaradılıb.

Layihələndirmə və tikinti işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir. Hazırda 60 km-dən çox ərazi minadan təmizlənib. 50 km-lik hissədə layihələndirmə işləri yekunlaşıb.

Keçən ilin dekabr ayından ikinci mərhələ üzrə torpaq işlərinə başlanılıb. Hazırda Mahmudlu stansiyasından Qumlaq stansiyasına qədər olan 30 km-lik ərazidə yolun torpaq yatağının hazırlanması üzrə intensiv işlər aparılmaqdadır.

Layihə üzrə nəzərdə tutulan bütün işlərin 2023-cü ildə tamamlanması planlaşdırılıb.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin