Makron Putinə Ukraynaya görə öz versiyasını təklif edəcək

Hazırda oxunan: Makron Putinə Ukraynaya görə öz versiyasını təklif edəcək

56994

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə Ukrayna böhranının deeskalasiyası (gərginliyin azaldılması) ilə bağlı öz versiyasını təklif etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “France-Presse” (AFP) agentliyi yayıb.

"Prezident yaxın günlərdə baş tutacaq telefon danışığı zamanı rusiyalı həmkarına gərginliyin azaldılması yolunu təklif edəcək", - Fransa liderinin administrasiyasındakı mənbə bildirib.

O, həmçinin yanvarın 26-da Parisdə Normandiya formatında (Fransa, Almaniya, Rusiya və Ukrayna) siyasi məsləhətçilərin görüşünün keçiriləcəyini təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin