Afrika ölkəsində hərbi çeviriliş - Prezident istefa verdi - VİDEO

Hazırda oxunan: Afrika ölkəsində hərbi çeviriliş - Prezident istefa verdi - VİDEO

56960

Qərbi Afrika ölkəsi Burkina Fasoda hərbi çeviriliş baş verib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, dövlət televiziyası ilə çıxış edən hərbçilər konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, ölkənin quru və hava sərhədlərinin bağlandığını bəyan ediblər.

Hakimiyyətin hərbçilərdən ibarət “Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkat”a verildiyi açıqlanıb.

Təşkilata polkovnik-leytenant Paul-Henri Sandaoqo Damiba rəhbərlik edir.

Qeyd edək ki, Burkina Faso Prezidenti Roş Mark Kabore hərbi qiyamdan sonra istefa verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin