Ermənistanın Baş naziri Nikol Paşinyan prezidentin istefasından danışıb.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, N.Paşinyan məsələni şərh etmək istəmədiyini deyib:
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda “diaspor ili” BƏD başladı - Sarkisyanın istefası yeni SAVAŞA səbəb olacaq
"Armen Sarkisyanın tutduğu vəzifədən getmək barədə qərarını elanı etməsinə bir neçə saat qalmış xəbərim oldu. O, mənimlə məsləhətləşməyib, sadəcə olaraq məlumatlandırdı".
N.Paşinyanın sözlərinə görə, istənilən məmur bu cür qərarları müstəqil qəbul edə bilər.
Bizim.Media