Üzgüçülük Federasiyasında toplantı - Mariana Vasileva tapşırıqlar verdi - FOTO

Hazırda oxunan: Üzgüçülük Federasiyasında toplantı - Mariana Vasileva tapşırıqlar verdi - FOTO

56933

Gənclər və idman nazirinin müavini Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi, milli komandaların baş məşqçıləri ilə görüşdü.

Bizim.Media Federasiyaya istinadən xəbər verir ki, Bakı Su İdmanı Sarayında baş tutan görüşdə Federasiyanın prezidenti Xanlar Fətiyev, vitse-prezident Elçin Həsənov, federasiyanın baş katibi Fərid Bənənyarlı, üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov, su polosu üzrə millinin baş məşqçisi Azər Babayev, bədii üzgüçülük üzrə millinin baş məşqçisi Elena Şipova iştirak ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı davam edir - NƏTİCƏLƏR - FOTO


Görüşdə Üzgüçülük Federasiyasına daxil olan su idmanı növlərinin inkişafı, qarşıda duran əsas məsələlər, idmançıların yarışlara hazırlığı, regionlarda su idman növlərinin daha da təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub.

Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev bu günə qədər görülən işlər barədə nazir müavinini Mariana Vasilevanı məlumatlandırıb və növbəti illərdə qarşıda duran əsas vəzifələrdən danişıb.

O qeyd edib ki, bu gün nəinki Bakida, digər regionlarda da gənclərin su idman növlərinə marağını daha da artıqmaq məqsədilə xüsusi inkişaf proqramı hazırlanır. Bu proqram çərçivəsində regiondalarda kütləviliyin təmin olunması məqsədilə xüsusi təbliğat işlərinin aparılması nəzərdə tutulur.

Həmçinin, regionlarda su idman növləri üzrə məşqçilərin xüsusi seminarlara və treninqlərə cəlb edilməsi, o cümlədən Azərbaycanın digər şəhər və rayonlarında olan su hövzələri olan komplekslərlə six əməkdaşlıq Federasiyanın planları sırasındadır.

Söhbət çərçivəsində Mariana Vasileva regionlarda su idman növlərinə marağın daha da artırılması, yerlərdə məşqçilər üçün seminarların təşkili, təbliğat işlərinin aparılmasının gücləndirilməsi təkliflərini yüksək qiymətləndirib. Nazir müavini regionlarda idman komplekslərinin rəhbərləri üçün Bakı Su İdman Sarayında xüsusi marketinq seminarlarının keçirilməsini, komplekslərin maddi-texniki baximdan yüksək səviyyədə saxlanılması üçün yeni ideyaların verilməsi və aşılanmasını məqsədə uyğun sayıb.

Görüş zamanı regionlarda su idman növləri üzrə yerli klubların yaradılması və inkişaf etdirilməsi mövzusu da xüsusi vurğulanıb.

Federasiyanın fəaliyyətinin daha da inkişaf etdirmək, yerlərdə gənclərin su idman növlərinə maraqlarını artırmaq məqsədilə valideynlər üçün xüsusi görüşlərin təşkil edilməsi, onların övladlarının sağlamlığı üçün su idman növlərininin vacibliyinin müzakirə edilməsi qərara alınıb. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin