Rektordan növbəti ETİRAZ: “Tələbələr lazımsız və faydasız fənnlərlə  yüklənirlər”

Hazırda oxunan: Rektordan növbəti ETİRAZ: “Tələbələr lazımsız və faydasız fənnlərlə  yüklənirlər”

56902

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov universitetlərin fəaliyyətində sovet dönəmindən qalan ənənələrlə bağlı fikirlərini bölüşməyə davam edir.

Bizim.Media xəbər verir ki, rektor özünün sosial şəbəkə hesabında “Universitetlərdə Sovet mirası” başlığı altında yazdığı statuslarda günümüzdə universitetlərdə SSRİ dövrünün təcrübələrinin tətbiq olunmağa davam etdiyini qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Universitetlərdə Sovet mirası – Rektordan MARAQLI YANAŞMA


Ədalət Muradov sayca 5-ci statusda aşağıdakı fikirləri qeyd edib:

“Sovet dönəmində tədris prosesinin təşkili zamanı bəlli səbəblərdən tələbələrin auditoriya daxili dərslərinin sayı olduqca çox olurdu. Belə qəbul olunurdu ki, auditoriya sanki bir “emalatxanadır” və müəllim həmin “emalatxanada” tələb olunan keyfiyyətlərə cavab verən istənilən mütəxəssisi hazırlaya bilir. Başqa sözlə, təhsil tələbə mərkəzli deyil, müəllim mərkəzli idi. Bu yanaşma bu gün də ciddi dəyişikliyə məruz qalmamışdır”.

Növbəti statusda isə rektor tələbələrin lazımsız və faydasız fənnlərlə əsassız olaraq yüklənməsi problemini qabardıb:
 

“Sovet dönəmində ali təhsil belə qurulmuşdu ki, demək olar ki, ilk iki il gələcək sovet mütəxəssislərinin “ideoloji hazırlığına” həsr edilir və bu məqsədlə ixtisas üzrə hazırlığa demək olar ki, aidiyyəti olmayan müxtəlif fənnlər tədris edilirdi.


Nəticədə ixtisas fənnlərinə az vaxt ayrılır və ixtisas fənnlərin tədrisinə gec, yəni ikinci kursdan sonra başlanılırdı. “İdeoloji hazırlıq” hazırda tələb olunmasa da həmin yanaşma bu gün də tətbiq edilir və nəticədə tələbələr ixtisas baxımından lazımsız və faydasız fənnlərlə əsassız olaraq yüklənirlər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin