Lukaşenko: “Nə qədər ki, mən prezidentəm, heç kim Belarusu işğal edə bilməz”

Hazırda oxunan: Lukaşenko: “Nə qədər ki, mən prezidentəm, heç kim Belarusu işğal edə bilməz”

56889

“Belarusun indiki rəhbərliyi heç vaxt ölkənin işğal olunmasına imkan verməyəcək”. 

Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus dövlətinin başçısı qeyd edib ki, o, heç vaxt rəqibləri ilə mübahisə etmək səviyyəsinə enməyib, lakin Belarusun işğalı barədə oxuyanda təəccüblənib.

“Mən baş komandan kimi nədənsə fərqinə varmadım. Bəlkə Belarusun burada işğal edildiyini mənə bildirməmisiniz?” - deyə Lukaşenko Dövlət Sərhəd Komitəsinin sədrinə müraciət edib.

Lukaşenkonun sözlərinə görə, media daim Belarus-Rusiya təlimlərinin mövzusu haqqında danışır, Rusiyadan Belarusa nə qədər hərbçinin gələcəyini hesablayır:

“Üstəlik, oradakı təlimlərə “işğal planı” deyirlər. Belə bir ifadəni xüsusən yazıçı Zenon Poznyak işlədib.
 

Soruşuram, 2020-ci ildə biz işğal olunmaq üzrəykən, sən harada idin, suverenlik və müstəqillik uğrunda mübarizə aparan şəxs? Niyə o zaman suverenliyi, müstəqilliyi müdafiə etmədiniz? Harada olmusan?


Ən əsası isə mən artıq Belarusda bunu oxuyub eşidənlərə müraciət edirəm və Zenon üçün demək istəyirəm: heç vaxt, heç vaxt, ən azı mən prezident olduğum müddətdə Belarusun işğalına imkan verməyəcəyik. Bu heç vaxt heç bir tərəfdə olmayacaq. Nə solda, nə sağda, nə qərbdə, nə şərqdə, nə şimalda, nə də cənubda. Heç vaxt. Öləcəyik, amma buna imkan verməyəcəyik. Ona görə də bu mövzuda spekulyasiyaya ehtiyac yoxdur”, - deyə Belarus lideri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin