Kreml Ukraynada rusiyayönümlü lider təyin edəcək – BRİTANİYA KƏŞFİYYATI

Hazırda oxunan: Kreml Ukraynada rusiyayönümlü lider təyin edəcək – BRİTANİYA KƏŞFİYYATI

56729

Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirir ki, Kreml Ukraynada rusiyayönümlü lider təyin etməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya CNN telekanalının saytında yerləşdirilib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin nəzdindəki Birlik və İnkişaf işləri üzrə İdarə potensial namizəd kimi Ukrayna parlamentinin keçmiş üzvü Yevgeni Murayevin adını çəkib.

Murayev mövzu ilə bağlı şənbə günü CNN-ə deyib ki, o, Ukrayna vətəndaşıdır və hələ də Rusiya sanksiyaları altındadır:

“Belə ittihamlara şərh verə bilmərəm”. 

Bəyanatda daha sonra Ukraynanın daha dörd keçmiş məmurunun adı çəkilir:

“Hazırda Ukraynaya hücumun planlaşdırılmasında iştirak edən  Rusiya kəşfiyyat xidmətləri 2012-2014-cü illərdə Ukraynanın baş nazirinin birinci müavini və baş nazirin səlahiyyətlərini icra edən Sergey Arbuzov da (2010-2012-ci illərdə baş nazirin birinci müavini və Ukraynanın keçmiş prezidenti Yanukoviçin aparat rəhbəri olan Andrey Klyuyev, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş rəhbərinin müavini Vladimir Sivkoviç) daxil olmaqla, bir çox ukraynalı siyasətçilərlə  əlaqə saxlayır”.

Rusiya Ukraynaya hücum planlaşdırması ilə bağlı ittihamları rədd edib.

Bazar günü səhər tezdən Rusiya Xarici İşlər Nazirliyi Britaniya Xarici İşlər Nazirliyini “təxribatlara əl atmağı dayandırmağa” çağırıb.

“Britaniya Xarici İşlər Nazirliyinin yaydığı dezinformasiya Ukrayna ətrafında gərginliyi artıranların - anqlo-saksonların başçılıq etdiyi NATO ölkələri olduğuna daha bir sübutdur. Biz Böyük Britaniya Xarici İşlər Nazirliyini təxribat fəaliyyətini dayandırmağa, cəfəngiyyat yaymamağa və diqqətini tatar-monqol boyunduruğunun tarixini öyrənməyə çağırırıq”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi TASS-a bildirib.

CNN şənbə günü iddiaları və dəstəkləyici dəlilləri ilə bağlı əlavə şərh almaq üçün Böyük Britaniya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb, lakin digər informasiya əldə etməyib. 

Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss "Bu gün açıqlanan məlumat Rusiyanın Ukraynanı sarsıtmağa yönəlmiş fəaliyyətinin miqyasına işıq salır və Kremlin düşüncə tərzini sübut edir" deyib.

“Rusiya gərginliyi azaltmalı, təcavüz və dezinformasiya kampaniyalarına son qoymalı və diplomatiya yolu ilə getməlidir”, - deyə Truss bildirib. 

“Böyük Britaniya və tərəfdaşlarımızın dəfələrlə qeyd etdiyi kimi, Rusiyanın Ukraynaya hər hansı hərbi müdaxiləsi ciddi xərclərlə böyük strateji səhv olardı. Biz  Kremlin Ukraynada Rusiyayönümlü liderlərin vəzifəyə gətirilməsi planına dözməyəcəyik”. Truss Twitter-də yazıb.

CNN də mövzu ilə bağlı ABŞ Dövlət Departamenti və Ağ Evlə əlaqə saxlayıb.

Ağ Ev şənbə günü verdiyi açıqlamasında bildirib ki, prezident Co Bayden Rusiyanın “Ukraynaya qarşı davam edən təcavüzkar hərəkətlərini” müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüşüb.

Prezidentə Ukrayna sərhədləri yaxınlığında Rusiyanın hərbi əməliyyatlarının vəziyyəti barədə məlumat verilib.

ABŞ və Britaniya kəşfiyyatı ilə bağlı məlumatlı mənbə təsdiqləyib ki, ABŞ Rusiyanın Ukraynada dost hökumət qurmaq planı ilə bağlı Böyük Britaniya ilə eyni sübuta malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin