Bloger nişanlısını öldürdüyünü etiraf etdi və özünü suya atdı

Hazırda oxunan: Bloger nişanlısını öldürdüyünü etiraf etdi və özünü suya atdı

56718

Amerikalı bloger Brayan Londri nişanlısı Qabbi Petitonun qətlini etiraf etdikdən sonra intihar edib.

Bizim.Media “REN.TV”yə istinadən xəbər verir ki, Londrinin cəsədi bir neçə gün su altında qalıb.

Hüquq-mühafizə orqanları daha sonra onu Florida ştatındakı təbii qoruqda tapıblar.

Onun yanında çantası və şəxsi gündəliyi aşkar edilib. Orada bloger öz günahı barədə yazıb.

Alınan məlumatlar isə cinayət işi bağlamaq üçün kifayət edib.

"İstintaq Brayan Londridən başqa, Qabbi Petitonun faciəvi ölümündə bilavasitə əli olan hər hansı digər vətəndaşı müəyyən etməyib. Bu araşdırma zamanı Federal Təhlükəsizlik Xidmətinin (FTX) əsas vəzifəsi Qabbi və onun ailəsi üçün ədaləti təmin etmək olub".

FTX-nın xüsusi agenti Maykl Şneyder belə deyib.

Petitonun qohumları da əmindirlər ki, onu öldürən Londri olub.

Onların fikrincə, faktların sayı heç bir şübhə yaratmır. Qabbi Petitonun cəsədi sentyabrın 19-da Vayominq Milli Parkında boğulma əlamətləri ilə tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin