Türkiyənin Balıkesir vilayətinin Dursunbey rayonunda 4,7 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 22:31-də meydana gələn yeraltı təkanların episentri yerin 11,49 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ İstanbul və Bursa vilayətlərində də hiss edilib.
Zəlzələnin fəsadları ilə bağlı hələ ki, məlumat yoxdur.
Bizim.Media