Universitetlərdə SOVET MİRASI – “İxtisaslar hələ də mərkəzləşmiş qaydada müəyyən edilir” - REKTOR 

Hazırda oxunan: Universitetlərdə SOVET MİRASI – “İxtisaslar hələ də mərkəzləşmiş qaydada müəyyən edilir” - REKTOR 

56650

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov universitetlərin fəaliyyətində sovet dönəmindən qalan ənənələrlə bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, rektor özünün sosial şəbəkə hesabında “Universitetlərdə Sovet mirası” başlığı altında yazdığı statuslarda günümüzdə universitetlərdə SSRİ dövrünün təcrübələrinin tətbiq olunmağa davam etdiyini qeyd edib.

Ədalət Muradov sayca 3-cü statusda aşağıdakı fikirləri qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Universitetlərdə Sovet mirası – Rektordan MARAQLI YANAŞMA


“Sovet dönəmində ixtisaslar sovet planlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada müəyyən edilirdi. Həm də hər bir universitet ancaq planla nəzərdə tutulmuş ixtisaslar üzrə mütəxəssis hazırlamalı idi. Artıq sovet planlarının ləğv edildiyinə və bu istiqamətdə hər şeyin köklü dəyişdiyinə baxmayaraq ixtisaslar hələ də mərkəzləşdirilmiş qaydada müəyyən edilir. Nəticədə real sektorun tələbləri universitetlər tərəfindən qarşılana bilmir”.

4-cü hissədə isə müəllimlərin fəaliyyət qaydalarının sovet dönəmində olduğu kimi indi də davam etdiyi vurğulayıb: 

“Sovet dönəmində universitetlərdə müəllimlərin əsas fəaliyyəti tədqiqat aparmaq deyil, dərs demək idi. Dərs yükü bütün müəllimlər üçün eyni idi. Hər bir müəllim mərkəzləşdirilmiş qaydada müəyyən edilmiş dərs yükünü icra etməli idi. Bu zaman müəllimin fəaliyyət xüsusiyyətləri (məs., ciddi tədqiqat aparmaq və s.)  nəzərə alınmaqla dərs yükü differensiallaşdırılmırdı. Bu sistemin tətbiqi davam edir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin