"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın icmal büdcəsinin profisitinin ÜDM-ə nisbətinin 3,1% səviyyəsində olacağını gözləyir.
Bizim.Media-nın reytinq agentliyinə istinadən verdiyi məlumata görə, gələn il profisitin ÜDM-in 1%-nə qədər daralması, 2024-cü ildə isə profisitin kəsirə dəyişərək ÜDM-in 1,1%-nə bərabər olacağı proqnozlaşdırılır.
Agentlik qeyd edir ki, Dövlət Neft Fondunun (ARDNF) topladığı əhəmiyyətli likvid aktivlər sayəsində güclü fiskal mövqe dəstəklənəcək.
MÖVZU İLƏ BAĞLI:
Gələn il Azərbaycanın icmal büdcəsi 33 milyard manata yaxın olacaq
Lakin S&P-nin analitikləri bildirir ki, hazırkı yüksək neft-qaz qiymətlərinin olduğu bir mühit Azərbaycanın iqtisadi, fiskal və tədiyə balansı göstəricilərinə fayda versə də, uzunmüddətli perspektiv daha az əlverişli görünür. Bu səbəbdən agentlik Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 2025-ci ildə 1,5%-ə çatacağını proqnozlaşdırır.
Xatırladaq ki, Maliyyə Nazirliyinin operativ məlumatına əsasən, ötən il icmal büdcə 7 335,3 mln. manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 922,3 mln. manat büdcə artıqlığı ilə (profisit) yekunlaşıb. Bu ÜDM-in 4,2%-ini təşkil edib.
Bizim.Media