Azərbaycan millisinin daha iki üzvü koronavirusa yoluxdu

Hazırda oxunan: Azərbaycan millisinin daha iki üzvü koronavirusa yoluxdu

56549

Futzal üzrə Azərbaycan milli komandasının  üzvüləri Qallo və Rövşən Hüseynli koronavirusa yoluxublar.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, onların COVID-19  testlərinin nəticəsi pozitiv olub. Hər iki futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi sabah - yanvarın 22-də, səhər saatlarında açıqlanacaq.

Əgər PCR testin nəticəsi neqativ çıxarsa, sözügedən futzalçılar Gürcüstanla oyunda iştirak edə biləcək. 

Onlar hazırda qaldıqları oteldə karantinə alınıblar və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.

Qeyd edək ki, Niderland Krallığının mövcud qanunlarına görə, karantin müddəti 7 gündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin