Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı yaradılan yolumuzqarabaga.az portalı bu gündən işə düşüb.
Bizim.Media xəbər verir ki, yolumuzqarabaga.az saytını Dövlət Turizm Agentliyi yaradıb.
18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı "Yolumuz Qarabağa" portalında qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilər.
Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq.
Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.
İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:37 / 21.01.2022
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ - Avtobus səfərləri üçün yaradılan portal işə düşdü
Hazırda oxunan: Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ - Avtobus səfərləri üçün yaradılan portal işə düşdü
Hazırda oxunan: Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ - Avtobus səfərləri üçün yaradılan portal işə düşdü
56480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.