İşsizlik sığortasının verilməsi qaydaları yumşaldıldı

Hazırda oxunan: İşsizlik sığortasının verilməsi qaydaları yumşaldıldı

56461

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Qanunla “İşsizlikdən sığorta haqqında” Qanuna edilmiş dəyişiklik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə daha bir dəstəkdir. Yeni dəyişikliklə işsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldılıb. 

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 36 aydan 30 aya endirilib. 

Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib. 

Yəni, sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq. 

İşsizlikdən sığorta ödənişi 3 halda ödənilir: 

• İşəgötürən ləğv edildikdə; 

• Ştat ixtisar edildikdə; 

• Müddətli əmək müqaviləsinin müddəti bitdikdə. 

Məlumat üçün bildirək ki, son bir ildə 3,7 min nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin