Roberto Trobaxodan “Azadlıq uğrunda iztirablar” – SSRİ-nin 20 Yanvar QIRĞINI

Hazırda oxunan: Roberto Trobaxodan “Azadlıq uğrunda iztirablar” – SSRİ-nin 20 Yanvar QIRĞINI

56415

Kolumbiyanın nüfuzlu xəbər agentliklərindən “LaOtraCara” portalında tanınmış kolumbiyalı jurnalist Roberto Trobaxonun 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Azadlıq uğrunda iztirablar” başlıqlı məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Meksikadakı səfirliyinin yaydığı məlumata görə, yazıda 1990-cı ilin 19 yanvar tarixindən 20-ə keçən gecə Sovet İttifaqının o vaxtkı rəhbəri, müəllifin “saxta sülhpərvər” adlandırdığı Mixail Qorbaçovun göstərişi ilə 26 minlik sovet qoşununun Bakıya daxil olaraq arasında qadınlar və uşaqlar da olmaqla dinc əhaliyə qarşı qətliam törətdiyi bildirilir.

Müəllif silahsız mülki insanlara qarşı tanklardan və ağır silahlardan istifadə olunduğu “Qara Yanvar” faciəsinin Azərbaycan xalqına qarşı öncədən, soyuqqanlı şəkildə planlaşdırılmış hərbi əməliyyat olduğu, bu zaman törədilmiş cinayətlərin mötəbər beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında da öz əksini tapdığını qeyd edir, bu hərbi müdaxilənin əsas sifarişçisinə isə sonradan “qlobal fırıldaq” məhsulu olaraq Nobel Sülh mükafatı verildiyini kinayəli şəkildə vurğulayır.

Yazının orijinal versiyasını təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin