Aşağı karbonlu iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq, yaxın illərdə misə tələbat artacaq və təklifi üstələyəcək. Beləliklə, bu metal dünya üçün "yeni neft" və ya hətta "yeni qızıl" olacaq.
Bizim.Media “lenta.ru” nəşrinə istinadən xəbər verir ki, belə bir proqnozu Davosda Dünya İqtisadi Forumu üçün yazdığı məqalədə rusiyalı milyarder, USM qrupunun əsas səhmdarı Əlişir Usmanov verib.
O, dediklərini misdən birbaşa asılı olan sahələrin siyahısı ilə əsaslandırıb:
“Bunlar telekommunikasiya, elektrik nəqliyyat vasitələri və akkumulyatorlar, bərpa olunan enerji sistemləri, karbonun toplanması və saxlanmasıdır”.
Usmanovun misə marağı USM qrupuna “Udokan” mis şirkətinin daxil olması ilə bağlıdır. İş adamı izah edib ki, bununla əlaqədar olaraq qrup metalın çıxarılması və istifadəsi ilə bağlı problemləri yaxından öyrənir.
O, Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına istinad deyib ki, 2040-cı ilədək mis, nikel və qrafit minerallarına tələbat artacaq və onlara üstünlük veriləcək:
“O vaxta qədər 2020-ci ilə nisbətən təmiz enerji texnologiyaları ilə mis istehlakı 2,7 dəfə artacaq”.
Öz növbəsində, “Bank of America” 2030-cu ilə qədər tullantıları sıfıra endirmək üçün lazım olan texnologiyalar hesabına mis istehlakında illik artımın 3,6 faizə çatacağını gözləyir. Eyni zamanda, Usmanov vurğulayır ki, misi əvəz edəcək heç bir şey yoxdur:
“Kabel sənayesində qlobal əvəzləmə heç 1 faizi keçmir”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:44 / 20.01.2022
Əlişir Usmanov: “Mis dünya üçün “yeni neft” və hətta “yeni qızıl” olacaq”
Hazırda oxunan: Əlişir Usmanov: “Mis dünya üçün “yeni neft” və hətta “yeni qızıl” olacaq”
Hazırda oxunan: Əlişir Usmanov: “Mis dünya üçün “yeni neft” və hətta “yeni qızıl” olacaq”
56377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.