1990-cı il yanvarın 20-i... 32 il ötən bir zaman!
Vaxtilə bu faciəyə görə şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi ürəklər həm də sonsuz fərəh, qürur hissi ilə döyünür. Çünki 32 illik bir zaman kəsiyində mücadilə verən xalqımız müxtəlif itkilərə məruz qalsa da sonunda bayrağımızı Şuşada dalğalandıra bildik. İndi qürur dolu ürəyimizlə başımız dik şəhidlərimizi yad etməyə gəlirik. Bu iftixarımıza Vətən yolunda fəfakarlıq edən qazilərimiz də şahidlik edirlər.
Ziyarətə gələnlər Bizim.Media-nın mikrafonuna o günlərin əhəmiyyətindən, şəhidlərimizin unudulmazlığından söhbət açırlar.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Azərbaycan həm də torpaqlarının azad olunmasını Şəhidlərlə QEYD EDİR - FOTOREPORTAJ
Və gün ərzində Hava şəraitinın kəskin soyuq olmasın abaxmayaraq Şəhidlər Xiyabanına gələnlərin ardı-arası kəsilmir.
Gələn hər kəs üçün bir xalq olaraq, bir can olaraq elə amal da birdir. “Şəhidlər ölməz, Vətən bölünməz”.
Əməkdaşlarımızın Şəhidlər Xiyabanından hazırlanmış video materialını təqdim edirik:
Xədicə Ağayeva, Rəşad Orucoğlu, Bizim.Media