“Moskva ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərinin bərpasının mümkünlüyü ilə bağlı Bakı və İrəvandan rəsmi cavab gözləyir”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib.
Rusiya rəsmisi bildirib ki, ölkəsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz mandatına uyğun olaraq formatın işinin davam etdirilməsinin tərəfdarıdır.
O, əlavə edib ki, bu mövqeyə Rusiyanın Minsk Qrupundakı tərəfdaşları olan ABŞ və Fransa da tam şərikdir.
Onun sözlərinə görə, həmsədrlər ATƏT çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirliklərinin rəhbərlərinə gələcək əməkdaşlığın gündəliyi ilə bağlı real təkliflər paketini çatdırıblar.
"Bu, ilk növbədə sosial-iqtisadi sahədə mövcud humanitar problemlərin həllinə yönəldilib", - Zaxarova bildirib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakı Qarabağ münaqişəsinin başa çatması səbəbindən, problemin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun səylərini dayandıracağını bildirmişdi.
Belə ki, ölkə başçısı Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində "Onlar Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdırlar, çünki bu, həll olunub. Biz onların əvəzinə bu problemi həll etmişik. Onların yoxluğu, məncə, bununla bağlıdır", - deyə qeyd etmişdi.
Azərbaycan Prezidenti əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında əvvəlki kimi birlik yoxdur:
"Bu ölkələr arasında münasibətlər son vaxtlar xüsusilə gərginləşib və onlar keçmiş münaqişəyə və indiki vəziyyətə nəzər salıblar. Düşünmürəm ki, onlar razılığa gələ bilərlər".
Bizim.Media
- A-
- A
- A+
Region
15:21 / 20.01.2022
Zaxarova: “Həmsədrlər yeni təkliflərini Bakı və İrəvana təqdim ediblər”
Hazırda oxunan: Zaxarova: “Həmsədrlər yeni təkliflərini Bakı və İrəvana təqdim ediblər”
Hazırda oxunan: Zaxarova: “Həmsədrlər yeni təkliflərini Bakı və İrəvana təqdim ediblər”
56343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.