“Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı genişmiqyaslı işlər davam edir”.
Bizim.Media-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
MÖVZU İLƏ BAĞLI:
“Azad edilmiş ərazilərimizdə 167 mineral su yatağı aşkarlanıb” - Muxtar Babayev
O qeyd edib ki, bunun üçün həm yerli, həm beynəlxalq təşkilatlar cəlb olunublar.
"Genişmiqyaslı işlərdir. Yaxın zamanlarda rəqəmlərlə bütün məlumatlar ictimaiyyətə çatdırılacaq. Amma hələki işlər davam edir. Bunun üçün həm yerli, həm də beynəlxalq məsləhətçilər cəlb olunub. Əminəm ki, ən qısa zamanda işlər tamamlanacaq və dövlət tərəfindən müvafiq hüquqi addımlar atılacaq. Əminəm ki, qısa zamanda işlər tamamlanacaq və dövlətimiz tərərfindən müvafiq hüquqi aktlar tərtib olunacaq", - deyə o bildirib.
Bizim.Media