Baş prokurordan erməni cinayətləri ilə bağlı AÇIQLAMA – “Bütün sübutlar toplanılıb”

Hazırda oxunan: Baş prokurordan erməni cinayətləri ilə bağlı AÇIQLAMA – “Bütün sübutlar toplanılıb”

56293

“Erməni cinayətləri ilə bağlı bütün hallar tərəfimizdən rəsmiləşdirilib, sübutlar toplanılıb".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə təzminat məsələsi ilə bağlı işlər davam edir:
 

MÖVZU İLƏ BAĞLI:

Kamran Əliyev 20 Yanvar hadisələrinin istintaqından DANIŞDI


“Hərbi Prokurorluğun xüsusi şöbəsi erməni cinayətləri ilə bağlı məsələni üzərinə götürüb. Bütün hallar tərəfimizdən rəsmiləşdirilir və sübutlar toplanılır. Bunlar həm beynəlxalq məhkəmələrə gedəndə də istifadə olunur, həm də ikitərəfli qaydada həmin şəxslərin tapılması, təhvil verilməsi istiqamətində işlərimiz davam edir. Bir neçə belə hallar olub. 

Biz artıq bununla bağlı mətbuata əvvəllər də bildirmişik ki, əvvəllər də Azərbaycana qarşı törədilmiş cinayətlərdə iştirak edən erməni əsilli şəxslər məsuliyyətə cəlb ediliblər və cəzalar alıblar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin