WhatsApp istifadəçiləri artıq asanlıqla çatda dəstək xidməti ilə əlaqə saxlaya biləcəklər.
Bizim.Media “WABetaInfo” a istinadən xəbər verir ki, istifadəçi proqramda üzləşdiyi xəta haqqında “WhatsApp” dəstək bölməsinə yaza bilər.
Qeyd olunur ki, əvvəllər bu funksiya bəzi istifadəçilər üçün əlçatan olub, lakin sonra naməlum səbəblərdən silinib.
MÖVZU İLƏ BAĞLI:
“Whatsapp”da görünməz olmağın GİZLİ YOLU
“WhatsApp” mesencerin administrasiyası ilə əlaqə saxlamaq üçün öncəliklə "Parametrlər" - "Kömək" - "Bizə yazın" menyusuna daxil olmaq lazımdır. Problemi araşdırdıqdan sonra messencerin texniki dəstəyi istifadəçi ilə ayrıca əlaqə saxlayacaq.
Problemin həlli üçün müraciət edərkən texniki dəstək istifadəçidən onun telefon nömrəsi, istifadə olunan əlaqə növü, WhatsApp-ın versiyası, əməliyyat sistemi və digərməlumatlar haqqında məlumat istəyə bilər. Lakin bu tip məlumatların ötürülməsi məcburi deyil.
Bu funksiya hazırda Android və iOS istifadəçiləri üçün əlçatandır.
Bizim.Media