Peyvəndlə bağlı bu şirkətlərlə danışıqlar aparılıb - Prezident AÇIQLADI

Hazırda oxunan: Peyvəndlə bağlı bu şirkətlərlə danışıqlar aparılıb - Prezident AÇIQLADI

5625

“Həkim çatışmazlığı ümumi problemdir. Çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfransında səsləndirib.

Dövlət başçısı deyib ki, 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimlər dəvət edilib:

“Pandemiyaya qarşı mübarizə, vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir”.

Prezident vaksinləmə prosesinə də toxunub.

“Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi şirkətlərlə danışıqlar aparılıb.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub”, - deyə Prezident İlham Əliyev əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin