Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunan məlumata görə, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə skarlatina, su çiçəyi, kəskin bağırsaq infeksiyaları və viruslu hepatit ilə xəstələnmə hallarının sayı azalıb.
Həkim pulmonoloq Əsəd Beydullayev Bizim.Media açıqlamasında bildirib ki, bu tip xəstəliklərin sayının azalmasında COVİD-19 un böyük köməyi olub.
MÖVZU İLƏ BAĞLI:
ÜST: Koronavirusla bağlı fövqəladə vəziyyət bu il ləğv edilə bilər
Həmçinin pandemiyanın gətdirdiyi yeni qaydalar ürəkaçıcı irəliləyişlərə səbəb olub:
“Böyük sayda COVİD-19 xəstələrini müalicə etdik, çətin günlərdən keçdik. Amma bu xəstəliyin sözün həqiqi mənasında müsbət tərəfləri də oldu. Biz həkim dostarımızla da danışanda qeyd edirik ki, pandemiya dövründə aşılanan bəzi tələblər bu gün xəstələrdə daimi vərdiş kim qalıb. Etiraf edək ki, pandemiya olmayan dövrlərdə insanlar çox da gigiyenik qaydalara riayət etmirdilər. Əllərini tez-tez yumurdular, sosial məsafə saxlamırdılar. Bunlardan ən vacibi isə görüşmə ənənəsinin aradan qalxması oldu.
Əvvəllər insanlar 10 dəqiqədən bir gördükləri şəxslə görüşməyi vərdiş halına almışdılar həmçinin böyük məclislərdə görüşüb-öpüşmək də bunlara daxil idi. Amma pandemiya nəticəsində bu məsələlər aradan qaldırıldı bu hal çox sevindiricidir”.
Həmçinin həkim infeksion xəstliklərin sayının azalmasındakı pozitiv nəticələrin onlar üçün çoxdan gözlənilən nəticə olduğunu diqqətə çatdırıb:
“Mən bir həkim olaraq düşünürəm ki, pandemiyanın təmasla, hava-damcı yolu ilə keçən xəstəliklərin azalmasında böyük rolu oldu. İzolyasiya, dezinfeksiya tədbirləri çərçivəsində görülən işlər istifadə olunan dezinfektanlar çox kömək oldu buna görə də infeksion xəstəliklərin azalması gözlənilən idi. Ümid edirik ki, bundan sonra pandemiyasız həyatımızda da insanlar gigiyenik qaydalara yenidən riayət edərək, özlərini yoluxucu xəstəliklərdən müdafiə edəcəklər”.
Səkinə Yusibli, Bizim.Media