Bu gün Azərbaycandan İrana 21 iranlı məhbus ekstradisiya olunub.
Bizim.Media xəbər verir ki, bunu İranın ədliyyə nazirinin beynəlxalq məsələlər və insan haqları məsələləri üzrə müavini Fəttah Əhmədi deyib.
F.Əhmədinin sözlərinə görə, Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə ekstradisiya olunan məhbuslardan üçü qadındır.
O, əlavə edib ki, proses İran və Azərbaycan arasında məhbusların ekstradisiyası üzrə razılaşmanın icrası çərçivəsində həyata keçirilib:
“Qeyd olunan İran vətəndaşları əsasən narkotik maddələrlə əlaqədar məsuliyyətə cəlb olunublar. İran vətəndaşları qonşu ölkələrə səfər etməzdən öncə həmin ölkələrin qaydaları ilə tanış olmalı, kofein, psixotrop tərkibli dərmanları özləri ilə aparmaqdan çəkinməlidirlər”, - deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:32 / 19.01.2022
Azərbaycan 21 məhbusu İrana qaytardı – 3-ü qadındır - RƏSMİ
Hazırda oxunan: Azərbaycan 21 məhbusu İrana qaytardı – 3-ü qadındır - RƏSMİ
Hazırda oxunan: Azərbaycan 21 məhbusu İrana qaytardı – 3-ü qadındır - RƏSMİ
56138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.