Qəbələ rayonunda yerləşən “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” və “Xırxatala” qum-çınqıl yataqlarının müvafiq olaraq 5, 10.5, 5 və 8 hektar sahəsi istifadəyə verilib.
Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib.
"Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” qum-çınqıl yataqlarının LOT-1 üzrə, “Xırxatala” qum-çınqıl yatağının LOT-4 üzrə qalibi "Körpü-Bina-Tikinti" MMC, “Dəmiraparançay”ın LOT-2 və “Xırxatala”nın LOT-1 üzrə qalibi "SAND AZ" MMC, “Dəmiraparançay”ın LOT-3 üzrə qalibi fiziki şəxs Qəribov Rauf Mübariz oğlu olub.
Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür.
Yer təkinin istifadəsi ilə bağlı ötən ildən keçirilməyə başlayan hərraclarda 33 faydalı qazıntı yatağı istismara verilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:58 / 19.01.2022
Qəbələdə 4 qum-çınqıl yatağı istifadəyə verildi
Hazırda oxunan: Qəbələdə 4 qum-çınqıl yatağı istifadəyə verildi
Hazırda oxunan: Qəbələdə 4 qum-çınqıl yatağı istifadəyə verildi
56129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.