Microsoft “Activision Blizzard” oyun şirkətini 68,7 milyard dollara satın alaraq “Call of Duty” və “Candy Crush” kimi blokbaster oyunlarına giriş əldə edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb.
Mənbə yazır ki, müqavilə Xbox oyun sisteminin istehsalçısı “Microsoft”a mobil oyunu sürətləndirməyə, metadünya və ya virtual mühit üçün tikinti bloklarını təmin etməyə imkan verəcək.
“Microsoft”un Baş direktoru Satya Nadella sərmayədarlarla keçirdiyi konfransda "təşkilatımızın mədəniyyəti mənim bir nömrəli prioritetimdir" və "Activision Blizzard üçün iş yerlərində mədəniyyəti təkmilləşdirmək öhdəliyini irəli sürməsi çox vacibdir" sözlərini deyib.
Keçən il Activision Qiymətli Kağızlar və Birja Komissiyasının iş yerlərində ayrı-seçkiliyə dair şikayətləri araşdırdığını bildirib.
“Activision”ın Baş direktoru Bobbi Kotik öz vəzifəsini qoruyacaq və komandası ilə birgə Santa Monikada şirkətin mədəniyyətini daha da gücləndirmək və biznesin böyüməsini sürətləndirmək səylərinə diqqətini davam etdirəcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:02 / 19.01.2022
Microsoft bu şirkəti alır - 68,7 milyard dollara
Hazırda oxunan: Microsoft bu şirkəti alır - 68,7 milyard dollara
Hazırda oxunan: Microsoft bu şirkəti alır - 68,7 milyard dollara
56074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.