Pedofillərə ömürlük həbs cəzası veriləcək – Bu ölkədə qanun hazırlanır

Hazırda oxunan: Pedofillərə ömürlük həbs cəzası veriləcək – Bu ölkədə qanun hazırlanır

55989

Rusiya Dövlət Duması residivist pedofillərə ömürlük həbs cəzası nəzərdə tutan qanunu yekun oxunuşda qəbul edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiyanın “RT” nəşri yayıb.

Cinayət Məcəlləsinin 131-ci (“Zorlama”) və 132-ci (“Seksual xarakterli zorakılıq hərəkətləri”) maddələrinə dəyişiklik edilir.

Onlara uyğun olaraq, ömürlük azadlıqdan məhrumetmə cəzasının yenidən cinayət törətmiş şəxslərə, eyni zamanda bir neçə uşağa qarşı zorakılıq törətmiş şəxslərə də uzadılması təklif edilir. Həmçinin, uşağa qarşı zorakılıq başqa ağır və ya xüsusilə ağır cinayətin törədilməsi ilə əlaqəli olarsa, ömürlük həbs cəzası veriləcək.

Eyni zamanda ölüm cəzası və ömürlük elektron qolbaqların taxılması ilə bağlı düzəlişlər isə rədd edilib.

Daha əvvəl Rusiya İstintaq Komitəsinin sədr müavini Yelena Leonenko bildirib ki, 2021-ci ilin 9 ayı ərzində 6 minə yaxın insan uşaqlara qarşı cinsi cinayətlər törədib. Onun sözlərinə görə, qurbanların demək olar ki, dörddə üçü 15 yaşdan yuxarı yeniyetmələrdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin