Bu il Xaçmaz ərazisinə dənizsahili zolağa da qarın düşməsi burada maldarlıqla məşğul olan fermerlərin də işinə çətinlik yaradıb.
Bu barədə Qubanın Dalıqaya kəndindən olan və Xaçmazın Xəzər dənizinin yaxınlığında yerləşən Məmmədxanlı kəndinin ərazisində qoyun saxlayan maldar Şahin İsmixanov Bizim.Media-ya açıqlama verib.
Onun sözlərinə görə, dənizsahili kənddə 400 başa yaxın xırdabuynuzlu heyvan saxlayır:
"Qar yağanadək biz heyvanı dənizsahili yerlərdə otara bilirdik. Əlavə yem və ot vermirdik. Qış azuqəmizin yazacan tükənməməsi üçün qoyunları otarmaq sərf edirdi. Nadir hallarda qar yağan bu massivə yağıntı düşəndən heyvanı tövlədə saxlayırıq. Yem və ot ehtiyatımızı da iki qat sərf etdik. Bu gün hava günəşli olduğundan heyvanları sahəyə buraxdıq".
Qubalı maldar deyir ki, hava isindikcə heyvanı daha intensiv olaraq açıq havaya çıxarmağa çalışacaqlar.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Multimedia
15:05 / 18.01.2022
Xaçmaza yağan qar maldarlıqla məşğul olan fermerlərin işini ÇƏTİNLƏŞDİRDİ - VİDEO
Hazırda oxunan: Xaçmaza yağan qar maldarlıqla məşğul olan fermerlərin işini ÇƏTİNLƏŞDİRDİ - VİDEO
Hazırda oxunan: Xaçmaza yağan qar maldarlıqla məşğul olan fermerlərin işini ÇƏTİNLƏŞDİRDİ - VİDEO
55951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.