Hulusi Akar: ''Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək''

Hazırda oxunan: Hulusi Akar: ''Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək''

5591

Qarabağda müharibədən sonra atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək.

Bizim.Media “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, hazırda mərkəzin tikintisi ilə bağlı işlər görülür.
Türkiyəli nazir Türkiyədən Azərbaycana istehkamçılar göndərildiyini söyləyib:

“Onlar orada həm təlim keçirlər, həm də mina axtarma əməliyyatları aparacaqlar”.

H. Akar qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə büyük ölçüdə riayət edilir: “Ruslar bu məsələdə diqqətlidirlər. Prosesləri nəzarətdə saxlayırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin