Neftçala Rayon İcra Hakimiyyətin başçısı Mirhəsən Seyidov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
Bizim.Media xəbər verir ki, icra başçısı Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib.
Azərbaycan-Yaponiya arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan M.Seyidov ölkələrimiz arasında tərəfdaşlığın inkişaf perspektivlərini, Neftçala rayonun iqtisadi və sənaye cəhətdən perspektivli rayon olmasını Yaponiya səfirinin diqqətinə çatdırıb.
Görüşün sonunda Yaponiyalı səfirə Neftçala rayonu adından xatirə hədiyyəsi təqdim olunub.
Neftçala rayonunda bir sıra sənaye obyektlərinə Xıllı Balıq MMC, Azerbaijan Fish Farma baş çəkən səfirə digər sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
02:26 / 18.01.2022
Yaponiya səfiri Neftçalaya səfər etdi - FOTO
Hazırda oxunan: Yaponiya səfiri Neftçalaya səfər etdi - FOTO
Hazırda oxunan: Yaponiya səfiri Neftçalaya səfər etdi - FOTO
55869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.