DSX məlumat yaydı: İranla sərhəddə nə baş verir?

Hazırda oxunan: DSX məlumat yaydı: İranla sərhəddə nə baş verir?

55837

İrandan 3 yeniyetmənin Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) Bizim.Media-ya bildirilib ki, yanvarına 17-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilib. Sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıblar.

Azyaşlı olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozmalarını bildirmiş və özlərini İran vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər.

Saxlanılmış şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.

Azərbaycan və İran İslam ı arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.

Qısa müddət ərzində azyaşlıların İran tərəfinə təhvil verilmələri nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin