Ermənistan Moskvada yenə biabır oldu – Nümayəndənin avtomobilində bayraq yox idi – DETALLAR

Hazırda oxunan: Ermənistan Moskvada yenə biabır oldu – Nümayəndənin avtomobilində bayraq yox idi – DETALLAR

55784

Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşündə Türkiyə təmsilçisinin avtomobilində bayraq olub, Ermənistanınkında isə olmayıb.

Bizim.Media xəbər verir ki, bunu parlamentin iclasında “Hayastan” fraksiyasından olan deputat Qeqam Manukyan xatırladıb.

Manukyan parlamentin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyana müraciət edərək, “Protokol adlı bir şey var, Xarici İşlər Nazirliyi də buna əməl etdiyinə görə maaş alır”.

Rubinyanı protokolu pozmaqda “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan da ittiham edib.

O, qeyd edib ki, əlavə hüquqi aktlar olmadan Ermənistan Respublikasını danışıqlarda parlamentin vitse-spikeri deyil, yalnız baş nazir və xarici işlər naziri təmsil etmək hüququna malikdir. 

Minasyan əlavə edib ki, bu arada Rubinyana görüşməyə icazə verən, onun səlahiyyət və vəzifələrinin miqyasını müəyyən edən heç bir sənəd yoxdur.

Öz növbəsində Rubinyan qeyd edib ki, danışıqların nəticələri hər iki ölkənin rəhbərliyinə təqdim olunacaq və onlar siyasi qərarlar verəcəklər. Ona görə də xüsusi nümayəndə vəzifə deyil, XİN-in bəyanatı ilə ona həvalə edilmiş əlavə funksiyadır. 

Rubinyan türkiyəli həmkarı Serdar Kılıçla Moskvada görüşündən əvvəl Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin ayrı-ayrılıqda Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə ikitərəfli görüşlər keçirdiklərini xatırladıb.

Türkiyə təmsilçisi Türkiyənin Rusiyadakı səfiri ilə birlikdə Türkiyə bayrağı daşıyan səfirlik avtomobilində gəlib.

Qeyd edək ki, Ruben Rubinyanla Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin