“Sülh tərəfdarı olan Azərbaycan müharibəyə həmişə hazırdır” – Şahin Seyidzadə

Hazırda oxunan: “Sülh tərəfdarı olan Azərbaycan müharibəyə həmişə hazırdır” – Şahin Seyidzadə

55765

“Ermənistan hakimiyyəti bu gün özünü daha konstruktiv aparsa da, faktiki olaraq müharibədən əvvəlki dövrdə “Qarabağ Ermənistandır və nöqtə” deyən, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən hakimiyyətdir. Müharibə bitib, lakin Ermənistan yenə də zaman-zaman təxribatlara əl atır. Azərbaycan həmişə təxribata hazır olmalıdır. Azərbaycan heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıdır. Qonşuluğa davam edərək unutmamalıyıq ki, biz hansı dövlət ilə qonşuluqda yaşayırıq”. 

Bu fikirləri Bizim.media-ya açıqlamasında millət vəkili Şahin Seyidzadə səsləndirib.

Millət vəkili bildirib ki, düzdür, Ermənistan rəhbərliyi və onun cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib.

Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, bütün ideoloji əsasları darmadağın olub:

“Lakin bu gün Ermənistan ordusunun tamamilə bərbad vəziyyətdə olmasına baxmayaraq, həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə müxtəlif  quruculuq işləri aparır. Ermənistanın hər hansı qeyri-adekvat addımına hazır olan Azərbaycan da hərbi quruculuğu davam etdirməkdə israrlıdır. Hər bir vəziyyətə hazır olmalıyıq. Ermənistan unutmamalıdır ki, sülh tərəfdarı olan Azərbaycan müharibəyə həmişə hazırdır. 
 

Lakin, Azərbaycan sülh tərəfdarıdır. Azərbaycan sülh gündəliyini Ermənistana təqdim edib, delimitasiya və demarkasiya ilə bağlı aydın təkliflər irəli sürüb. Ölkəmizin mövqeyi açıq və birmənalıdır.


Mövqenin bildirməsi ilə bağlı növbə Ermənistandır. Ermənistan bir çox hallarda bir gün bir söz deyir, o biri günü bunun əksini deyir, digər gün tamamilə üçüncü versiyanı səsləndirir. Belə yanaşma uzunmüddətli çəkməz. Bir daha qeyd etmək lazımdır ki, Azərbaycanın mövqeyi tam aydındır - istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istərsə də gələcəklə bağlı”. 

Şahin Seyidzadə Azərbaycanın mövqeyindəki dəyişməz prinsiplərini də izah edib:

“Mövqenin əsas tezisləri bəllidir: (1) hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı, (2) sərhədlərin delimitasiyası ilə bağlı işlərə, habelə (3) kommunikasiyaların açılması ilə bağlı olan prosesinə start verilməlidir və nəticədə (4) sülh müqaviləsi imzalanmalıdır”. 

Millət vəkili onu da qeyd edib ki, sülh müqaviləsinin imzalanması 100 faiz zəmanət vermir ki, Ermənistan bir daha qeyri-adekvatlığını nümayiş etdirməsin.

Lakin hər bir halda, sülh müqaviləsin olması müharibə riskini böyük dərəcədə aşağı endirir: 
 

“Sülh müqaviləsinə dair Azərbaycanın şərti də aydındır: hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması. Ermənistan  buna hazır olmalıdır. Əgər Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirsə, o zaman Azərbaycan da onların ərazi bütövlüyünü tanımayacaq.


Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz qat daha çox əsası var. Çünki, dünya ictimaiyyəti onu da yaxşı bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız ZəngəzurAzərbaycandan ayrıldı və Ermənistana birləşdirildi, həmçinin Göyçə. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox əsaslarımız var. Buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə Azərbaycan sülhə hazırdır. Ermənistan düşünüb, düzgün seçim etməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin